Mobil versiya
Nazir Rəşad Nəbiyev britaniyalı nazirlə görüşdü
Tarix: 05-03-2026 | Saat: 10:26
Bölmə:Gündəm | çapa göndər

Nazir Rəşad Nəbiyev britaniyalı nazirlə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın ticarət naziri Ser Kris Brayant ilə görüş keçirib.

aia.az xəbər verir ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud strateji tərəfdaşlığın daha da gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Böyük Britaniya investorları Azərbaycanda süni intellekt üzrə data mərkəzlərinin yaradılmasında iştiraka dəvət olunub. Eyni zamanda metro, dəmir yolu, dəniz və hava nəqliyyatı, eləcə də telekommunikasiya sahələrində həyata keçirilən iri infrastruktur layihələri üzrə Böyük Britaniyanın investisiya, mühəndislik və maliyyə dəstəyi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026