Mobil versiya
SOCAR-ın prezidenti SPP şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb -Foto
Tarix: 03-03-2026 | Saat: 16:33
Bölmə:Gündəm | çapa göndər

SOCAR-ın prezidenti SPP şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

3 mart 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Slovakiyanın SPP şirkətinin İdarə Heyətinin sədri Yuray Ondris ilə görüşüb.

aia.az xəbər verir ki, Görüşdə Azərbaycan ilə Slovakiya arasında enerji sektorunda uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti qeyd olunub. 2024-cü ilin dekabrından Azərbaycan qazının Slovakiyaya təchizatına başlanılmasının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı SOCAR ilə SPP arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2026