Reynaldo meydana çıxdı, Adanada ara qarışdı
Tarix: 05-03-2017 | Saat: 20:08
Bölmə:İdman | çapa göndər
Türkiyə Super Liqasının XXIII turu çərçivəsində baş tutan "Adanaspor" - "Konyaspor" görüşündə qalmaqal yaşanıb.
Aia.Az apasport.az-a istinadən xəbər verir ki, komandalarının çıxışından narazı qalan adanalı tərəfdarlar meydana kənar əşyalar atmağa başlayıblar.
Atılan əşyalardan biri "Konyaspor"lu Skubiçə dəydiyi üçün hakim görüşü saxlamalı olub. Daha sonra meydana bir azarkeş daxil olub. Tribunalarda isə rəhbərliyi istefaya səsləyən şüarlar səsləndirilib.
83-cü dəqiqədə dayandırılan oyunda 20 dəqiqəyə yaxın fasilə yaranıb. Klub rəsmilərinin azarkeşlərlə görüşündən sonra matç davam edib və "Konyaspor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qarabağ"dan "Adanaspor"a transfer olunan Reynaldo matça ehtiyat oyunçular skamyasında başlasa da, hadisələrdən bir az əvvəl - 79-cu dəqiqədə meydana daxil olub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-11-2024