Mobil versiya
Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi
Tarix: 16-02-2026 | Saat: 09:49
Bölmə:Ölkə | çapa göndər

Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

aia.az-ın apa-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü N.Musayeva, 2006-cı il təvəllüdlü F.Həsənova və İ.Mollayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir.

Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026