Ana Sayfa > Ölkə > Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi
Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi16-02-2026, 09:49. Yazar: sevinc1 |
![]() Gəncədə zəhərlənmə hadisəsi baş verib. aia.az-ın apa-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü N.Musayeva, 2006-cı il təvəllüdlü F.Həsənova və İ.Mollayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir. Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |