Mobil versiya
Bakıda “Huqqa” restoranında qumarxana aşkarlandı
Tarix: 31-08-2023 | Saat: 20:17
Bölmə:Ölkə | çapa göndər

Bakıda “Huqqa” restoranında qumarxana aşkarlandı

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində paytaxtın Nəsimi rayonunda yerləşən “Huqqa” restoranında qanunsuz qumar oyunlarının təşkil edildiyini müəyyən edib.

aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Keçirilən tədbirlərlə qumar oyunlarının təşkilatçısı qeyd edilən restoranın sahibi Rasim Rzayev, həmçinin iştirakçılar Ramal İsmayılov, Vüqar Tahirov və Cavad Kərimov saxlanılıblar. Baxış zamanı restoranda kartlar və qumar oyunlarına qoyulmuş pul vəsaiti aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırmalarla obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026