Mobil versiya
Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak etdi
Tarix: 05-02-2026 | Saat: 09:43
Bölmə:Təhsil | çapa göndər

Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak etdi

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və elmi tədqiqatlar naziri vəzifəsini icra edən Abdulrahman Al Avarın dəvəti ilə Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

aia.az xəbər verir ki, “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” mövzusunda baş tutan Dünya Hökumət Sammitinin 2026-cı il buraxılışında dünyanın müxtəlif ölkələrindən nazirlər daxil olmaqla, 6000-dən çox yüksəksəviyyəli iştirakçı, 400-dən çox nüfuzlu spiker, habelə 80-dən çox beynəlxalq təşkilat təmsil olunub.

Sammit çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən təşkil olunan “Əməyin gələcəyi” mövzusunda nazirlər panelində iştirak edib. Panel zamanı əmək bazarının transformasiyası, elm və texnologiyanın iş dünyasına təsiri, eləcə də innovativ yanaşmaların və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə