Mobil versiya
Məktəb direktoru şagirdi döyüb? - Araşdırma başlandı
Tarix: 29-01-2026 | Saat: 12:23
Bölmə:Təhsil | çapa göndər

Məktəb direktoru şagirdi döyüb? -

Sosial şəbəkələrdə İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin şagirdinin məktəb direktoru tərəfindən bir neçə ilə əvvəl fiziki zorakılığa məruz qalmasının iddia edildiyi barədə məlumatlar bizi ciddi şəkildə narahat edir.

aia.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, uşaqlara qarşı hər hansı zorakılıq halları qəbuledilməzdir və bu cür iddialar dərhal diqqət mərkəzində saxlanılır. Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən dərhal araşdırma aparılmasına başlanılıb:

"Təhsil müəssisələrində sağlam, təhlükəsiz və hörmətə əsaslanan mühitin qorunması bizim əsas prioritetimizdir. Baş verən hadisə ilə bağlı araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, İmişlidə məktəbdə şagirdin döyüldüyünü əks etdirən video-görüntülər yayılıb. Hadisə İmişli rayon Hacalmuradlı kənd Q. Tarverdiyev adına tam orta məktəb baş verib. Şagird məktəbin direktoru Ruslan İbayev tərəfindən döyüldüyü bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2026