Mobil versiya
Qəbələdə yol qəzası: ölən və xəsarət alan var - YENİLƏNİB
Tarix: 26-01-2026 | Saat: 09:44
Bölmə:Ölkə | çapa göndər

Qəbələdə yol qəzası:

Qəbələdə yol qəzası nəticəsində ölən şəxsin kimliyi müəyyən edilib.

aia.az xəbər veriri ki, qəzada "Nissan Navara" markalı avtomobilin sürücüsü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

***

08:20

Qəbələdə ağır yol qəzası baş verib.

aia.az "Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026