Ana Sayfa > Ölkə > Qəbələdə yol qəzası:
Qəbələdə yol qəzası:26-01-2026, 09:44. Yazar: sevinc1 |
![]() Qəbələdə yol qəzası nəticəsində ölən şəxsin kimliyi müəyyən edilib. aia.az xəbər veriri ki, qəzada "Nissan Navara" markalı avtomobilin sürücüsü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. *** 08:20 Qəbələdə ağır yol qəzası baş verib. aia.az "Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |