Mobil versiya
Bu gün qış tətilindən öncə son dərs günüdür
Tarix: 26-01-2026 | Saat: 09:07
Bölmə:Təhsil / Karusel | çapa göndər

Bu gün qış tətilindən öncə son dərs günüdür

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.

aia.az xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq Qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq.

Tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.

Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonra ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2026