Mobil versiya
Səfərbərlik Xidmətinin rəisi bu tarixdə Neftçalada qəbul keçirəcək
Tarix: 07-01-2026 | Saat: 13:37
Bölmə:Gündəm | çapa göndər

Səfərbərlik Xidmətinin rəisi bu tarixdə Neftçalada qəbul keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Neftçalada vətəndaşları qəbul edəcək.

Bu barədə aia.az-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 yanvar saat 10:00-da SHXÇDX rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Neftçala rayon şöbəsinin inzibati binasında Neftçala, Salyan, Şirvan və Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 12 yanvar tarixinədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026