Mobil versiya
Məhkəmə "Şərurlu İsfəndiyar"a bəraət verdi
Tarix: 26-12-2025 | Saat: 12:12
Bölmə:Gündəm | çapa göndər

Məhkəmə "Şərurlu İsfəndiyar"a bəraət verdi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

aia.az "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ona bəraət verilib

Qeyd edək ki, İsfəndiyar Axundovun "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırdığı iddia olunurdu.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyirdi.

Məhkəmə onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək bəraət verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026