Mobil versiya
Şvaynştaygerin 6 il əvvəlki humanist jesti
Tarix: 28-02-2017 | Saat: 15:32
Bölmə:İdman | çapa göndər

Şvaynştaygerin 6 il əvvəlki humanist jesti

2011-ci ildə intihar etmək istəyən almaniyalı referi Babak Rafati həyatından bəhs edən kitab yazıb.

AİA.Az goal.az-a istinadən xəbər verir ki, Rafati ona dəstək olan futbolçular arasında həmin vaxt "Bayern Munich"in şərəfini qoruyan Bastian Şvaynştaygerin olduğunu qeyd edib.

"Bu, mənə çox təsir etdi. Bastian bilirdi ki, bir daha hakimlik etməyəcəm. Amma onun bu jesti çox humanist idi. Futbolda depressiya tez-tez olur. Səhvlərə yol verdiyimə görə bir neçə həftə oyunlara təyinat almadım. Buna görə özümü atılmış kimi hiss etməyə başladım", - Rafati kitabında yazıb.

Rafati 2011-ci ildə "Köln" - "Mainz" görüşünə təyinat alsa da həyatına qəsd etmişdi. Həkimlər onun həyatını xilas edə bilmişdi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024