Mobil versiya
MİQ imtahanı pullu olacaq
Tarix: 23-12-2025 | Saat: 12:35
Bölmə:Manşet / Təhsil | çapa göndər

MİQ imtahanı pullu olacaq


Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahan ödənişli olacaq.

aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.

Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Bu addımın layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə atıldığı bildirilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə