Mobil versiya
Naftalan neftinin müalicəvi təsirinin tanıdılmasına dair Tədbirlər Proqramı təsdiqləndi
Tarix: 22-12-2025 | Saat: 12:07
Bölmə:Gündəm | çapa göndər

Naftalan neftinin müalicəvi təsirinin tanıdılmasına dair Tədbirlər Proqramı təsdiqləndi

“2026–2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı” təsdiqlənib.

aia.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə sərəncam verib.

Səhiyyə Nazirliyi Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Tədbirlər Proqramının icra vəziyyəti barədə ildə bir dəfə ANazirlər Kabinetinə məlumat verməlidir.

Tədbirlər Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə