Mobil versiya
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI
Tarix: 22-12-2025 | Saat: 10:35
Bölmə:Ölkə | çapa göndər

Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti -

Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərin vəziyyəti açıqlanıb.

aia.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, dekabrın 21-i saat 22:50 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər (3 kişi, 2 qadın) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026