Ana Sayfa > Ölkə > Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti -
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti -22-12-2025, 10:35. Yazar: sevinc1 |
![]() Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərin vəziyyəti açıqlanıb. aia.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, dekabrın 21-i saat 22:50 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər (3 kişi, 2 qadın) hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. aia.az Geri dön |