Mobil versiya
Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək
Tarix: 19-12-2025 | Saat: 13:20
Bölmə:Manşet / Gündəm | çapa göndər

Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək

Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cərimə ediləcək.

aia.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri mopedi daşımağa görə qırx manat məbləğində cərimə ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə