Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Tarix: 17-12-2025 | Saat: 18:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyədən 5 illik deportasiyasına qərar verilən keçmiş millət vəkili Gültəkin Hacıbəylinin geri göndərmə məntəqəsində saxlanılması qanuni hesab edilib.
aia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
G.Hacıbəylinin sözlərinə görə, Sülh Cəza Məhkəməsində onun Çatalca Geri Göndərmə Mərkəzində saxlanılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.
Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istintaqa çağırılıb. Amma o, Türkiyədən ölkəyə qayıtmaq istəmədiyi üçün orada saxlanılıb. İki gün əvvəl onun 5 il müddətinə Türkiyədən deportasiya edilməsi ilə bağlı qərar qəbul edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2026
17-04-2026