Mobil versiya
Ukrayna üçün "Müharibə Zərərlərinin Ödənilməsi Haaqada" Beynəlxalq Konvensiya imzalandı
Tarix: 16-12-2025 | Saat: 18:59
Bölmə:Özəl | çapa göndər

Ukrayna üçün "Müharibə Zərərlərinin Ödənilməsi Haaqada" Beynəlxalq Konvensiya imzalandı

Ukraynada müharibə ziyanına görə "Beynəlxalq Təzminat Komissiyası"nın yaradılması haqqında sazişin imzalanması məqsədilə Niderland və Avropa Şurasının ev sahibliyi ilə Haaqada konfrans keçirilib.
Niderlandın inzibati paytaxtı Haaqada keçirilən mərasimdə Ukrayna və Avropa Şurası ilə yanaşı, 30-dan çox ölkə Beynəlxalq Təzminat Komissiyasının yaradılması haqqında sazişi imzaladı.

Xarici işlər nazirləri, səfirlər və komissiyanı dəstəkləyən ölkələrin nümayəndələri imzalama mərasimində ayrı-ayrılıqda dəstəklərini bildirərək, komissiyanın Ukraynaya dəyən ziyanı kompensasiya edəcəyini, Ukrayna xalqının yaralarını sağaldacağını və Avropanın ölkəyə dəstəyini nümayiş etdirəcəyini bildirdilər.İlk imzalar Ukraynanın xarici işlər naziri Andrii Sybiha, Hollandiyanın xarici işlər naziri David van Weel və Moldovanın xarici işlər naziri və baş nazirin müavini Mihai Popșoi tərəfindən qoyulub. Mərasimdə Hollandiyanın Baş naziri Dik Şuf, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas, Avropa Şurasının baş katibi Alen Berset və Ukrayna prezidenti Volodymyr Zelenski də iştirak ediblər.

Görüşdə Zelenski komissiyanın yaradılmasını alqışlayıb, lakin onun illər əvvəl yaradılmalı olduğunu iddia edərək bildirib ki, "Rusiya tərəfindən başlanan və ya dəstəklənən müharibələrin sayı nəzərə alınmaqla, bu, daha əvvəl baş verməli idi".

Avropa Şurasının baş katibi Alen Berset bu ilk gündə təxminən 35 ölkənin müqaviləni imzalaması gözlənildiyini açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026