Mobil versiya
Orban Avropaya "təhlükəsizlik kəmərlərini bağlamağı" tövsiyə edib
Tarix: 15-12-2025 | Saat: 21:48
Bölmə:Özəl | çapa göndər

Orban Avropaya "təhlükəsizlik kəmərlərini bağlamağı" tövsiyə edib

Macarıstanın Baş naziri Viktor Orban Avropa ölkələrinə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlardan əvvəl "təhlükəsizlik kəmərlərini bağlamağı" tövsiyə edib. O, bunu X sosial media saytında yazıb.
Orbanın sözlərinə görə, Avropanı Ukrayna ilə bağlı çətin danışıqlar həftəsi gözləyir və bu, Brüsseldə keçiriləcək Aİ Şurasının iclasında müəyyən ediləcək. O, həmçinin əlavə edib ki, dünya Ukraynadakı münaqişəyə son qoymağa indiyədək olduğundan daha yaxındır, lakin Orbanın fikrincə, Avropa vəziyyəti gərginləşdirməyə davam edir. O, Macarıstanın belə bir vəziyyətdə iştirak etmədiyini və ABŞ prezidenti Donald Trampın sülh yolu ilə həll olunma mövqeyini dəstəklədiyini vurğulayıb.

"Məsələ aydındır: müharibə, yoxsa sülh. Əvvəllər heç vaxt Rusiya-Ukrayna müharibəsinə son qoymağa bu qədər yaxın olmamışıq. Avropa uçurumun astanasındadır. <...> Macarıstan dondurulmuş Rusiya aktivlərinin müsadirəsini dəstəkləmir, Ukraynaya pul və ya silah vermir və müharibə məqsədlərinə xidmət edən heç bir Aİ kreditində iştirak etmir. Təhlükəsizlik kəmərlərinizi bağlayın. Bu, çətin bir həftə olacaq", - deyə o yazıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026