Mobil versiya
Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
Tarix: 05-12-2025 | Saat: 16:10
Bölmə:Manşet / Gündəm | çapa göndər

Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

aia.az xəbər verir ki, bu gün onun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Ə.Kərimli barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki şəxs Ramiz Mehdiyev barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə