Mobil versiya
Ali Məhkəmə Müşfiq Atakişiyevin bacısı oğlu ilə bağlı qərar verdi
Tarix: 04-12-2025 | Saat: 11:14
Bölmə:Gündəm | çapa göndər

Ali Məhkəmə Müşfiq Atakişiyevin bacısı oğlu ilə bağlı qərar verdi

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun qətlində təqsirləndirilən Dəyanət Quliyev barəsində olan hökmdən olan şikayətə baxılıb.

"Unikal"ın məlumatına görə, Ali Məhkəmədə şikayətə baxılaraq qərar qəbul edilib. Hakimlər verilmiş cəzaların qanunauyğun olduğunu elan edilblər.

Qərara əsasən təqsirləndirilənin şikayəti təmin edilməyib. D.Quliyevin 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 13 il əvvəl - 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinibn 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə