Nöqsanlara görə işdən çıxarılmışdı - vəzifəsinə qaytarıldı - YENİLƏNİB
Tarix: 03-12-2025 | Saat: 10:53
Bölmə:Təhsil / Karusel | çapa göndər

Şərur rayonunun Muğancıq-Mehrab kənd tam orta məktəbində dərsləri baykot edəcəkləri ilə bağlı paylaşım edən müəllimlər barəsində tədbir görülüb.
Bu barədə aia.az-a Naxçıvan Təhsil Nazirliyindən verilən xəbərə görə, sözügedən müəllimlər məktəbin direktoru Sinduz Cəfərovanın yenidən vəzifəyə qaytarılmasına etiraz ediblər.
Məlumatda qeyd edilib ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozaraq tədris müddətində təhsilalanların hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb.
"Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üçün məktəb idarəçiliyi sahəsinin yoxlanılması məqsədilə Şərur Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq komissiyası yaradılaraq yoxlama aparılıb. Nəticədə Təhsil Şöbəsinin təqdimatı əsasında yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Sinduz Cəfərova 15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.
Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Məhkəmə tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə qətnamə qəbul edilib. Məhkəmənin qətnaməsinə əsasən 24 noyabr 2025-ci il tarixində Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib.
Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.
Baş vermiş bu neqativ hadisə Təhsil Nazirliyi tərəfindən araşdırılıb. "Təhsilverənlərin etik davranış qaydaları"nı pozaraq tədris müddətində təhsilalanların hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb.
Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində tədrisin təşkili, idarəetmənin qanunvericiliyə uyğun aparılması, əmək intizamı və s. kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Hazırda məktəbdə tədris prosesi təhsil müəssisəsinin Nizamnaməsinə, həmçinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən ay sözügedən məktəbdə vəzifəsindən azad olunan direktor Sinduz Cəfərovanın yenidən vəzifəyə qayıtmasına etiraz olaraq müəllimlər dekabrın 1-də dərsləri kütləvi şəkildə baykot edəcəklərinə dair paylaşımlar etmişdilər.
***
10:00
Naxçıvanda məhkəmə məktəb direktorunun vəzifəyə yenidən bərpasını təmin edib.
aia.az xəbər verir ki, ötən il Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbinin direktoru Sinduz Cəfərova yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru vəzifədən azad edilib.
Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib.
Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə qətnamə qəbul edilib.
Məhkəmənin qətnaməsinə əsasən, Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib.
Qeyd edək ki, Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-12-2025