Mobil versiya
Azərbaycanda siyasi partiyaların büdcəsinin artırılması təklif olunur
Tarix: 02-12-2025 | Saat: 11:58
Bölmə:Parlament / Manşet | çapa göndər

Azərbaycanda siyasi partiyaların büdcəsinin artırılması təklif olunur

"Hər il yerli özünüidarəetmə sistemlərində artımlar olurdu. Dövlət tərəfindən dotasiya verilirdi. Lakin 2026-cı ildə yerli özünüidarəetmə sistemlərində artımlar nəzərdə tutulmayıb".

aia.az xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, yerli özünüidarəetmə sisteminə artımların əlavə olunmasına ehtiyac var: "Müəyyən qədər büdcədə imkan yaranarsa, artımı etmək olardı ki, yerli özünüidarəetmə sisteminin fəaliyyəti geniş, əhatəli olsun. Xocavənd rayonu istisna olmaqla digər rayonlarımız öz gəlirlərini toplayır və topladığı gəlirlərin artığının 50% həmin rayonlarda qalır. Hesab edirəm ki, bunu 70%-ə qaldırmaq olar".

"Vətən xaini olan AXCP və Müsavat partiyalarını çıxmaq şərti ilə yerdə qalan digər partiyalar ümumdövlət maraqları çərçivəsində birlikdə fəaliyyət göstərir. Bu baxımdan, siyasia partiyaların büdcəsinin artırılması məqsədəmüavfiq olardı", - deyə S.Novruzov vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026