Ana Sayfa > Parlament / Manşet > Azərbaycanda siyasi partiyaların büdcəsinin artırılması təklif olunur
Azərbaycanda siyasi partiyaların büdcəsinin artırılması təklif olunur2-12-2025, 11:58. Yazar: sevinc1 |
![]() "Hər il yerli özünüidarəetmə sistemlərində artımlar olurdu. Dövlət tərəfindən dotasiya verilirdi. Lakin 2026-cı ildə yerli özünüidarəetmə sistemlərində artımlar nəzərdə tutulmayıb". aia.az xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, yerli özünüidarəetmə sisteminə artımların əlavə olunmasına ehtiyac var: "Müəyyən qədər büdcədə imkan yaranarsa, artımı etmək olardı ki, yerli özünüidarəetmə sisteminin fəaliyyəti geniş, əhatəli olsun. Xocavənd rayonu istisna olmaqla digər rayonlarımız öz gəlirlərini toplayır və topladığı gəlirlərin artığının 50% həmin rayonlarda qalır. Hesab edirəm ki, bunu 70%-ə qaldırmaq olar". "Vətən xaini olan AXCP və Müsavat partiyalarını çıxmaq şərti ilə yerdə qalan digər partiyalar ümumdövlət maraqları çərçivəsində birlikdə fəaliyyət göstərir. Bu baxımdan, siyasia partiyaların büdcəsinin artırılması məqsədəmüavfiq olardı", - deyə S.Novruzov vurğulayıb. aia.az Geri dön |