Mobil versiya
Dövlət Xidməti: Bu il işindəki nöqsanlara 9 nəfər vəzifəsindən azad edilib
Tarix: 01-12-2025 | Saat: 10:51
Bölmə:Ölkə | çapa göndər

Dövlət Xidməti:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu il işindəki nöqsanlara 9 nəfər vəzifəsindən azad edilib.

aia.az xəbər verir ki, bunu idarənin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev QHT nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, 2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin hazırkı vaxtınadək isə 158 əməkdaşın əməlində qeyri-qanuni hərəkətlər müəyyən edilib. Onlar barəsində müxtəlif növ inzibati tənbeh tədbirləri görülüb, 9 əməkdaş isə tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb:

Ə.Hidayev qeyd edib ki, bundan başqa 2023-cü ildə 22 nəfər barəsində 15, 2024-cü ildə 95 nəfər barəsində 51, bu ilin 11 ayı ərzində isə 93 nəfər barəsində 44 fakt baxılması üçün prokurorluq orqanlarına göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026