Ana Sayfa > Ölkə > Dövlət Xidməti:
Dövlət Xidməti:1-12-2025, 10:51. Yazar: sevinc1 |
![]() Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu il işindəki nöqsanlara 9 nəfər vəzifəsindən azad edilib. aia.az xəbər verir ki, bunu idarənin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev QHT nümayəndələri ilə görüşündə deyib. Onun sözlərinə görə, 2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin hazırkı vaxtınadək isə 158 əməkdaşın əməlində qeyri-qanuni hərəkətlər müəyyən edilib. Onlar barəsində müxtəlif növ inzibati tənbeh tədbirləri görülüb, 9 əməkdaş isə tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb: Ə.Hidayev qeyd edib ki, bundan başqa 2023-cü ildə 22 nəfər barəsində 15, 2024-cü ildə 95 nəfər barəsində 51, bu ilin 11 ayı ərzində isə 93 nəfər barəsində 44 fakt baxılması üçün prokurorluq orqanlarına göndərilib. aia.az Geri dön |