Mobil versiya
Nərimanovdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Tarix: 25-11-2025 | Saat: 09:42
Bölmə:Karusel / Ölkə | çapa göndər

Nərimanovdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb. Partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

aia.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.

Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.

1 nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, dünən Əhməd Rəcəbli küçəsində obyektdə partlayış verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2025