Ana Sayfa > Karusel / Ölkə > Nərimanovdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Nərimanovdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıbBu gün, 09:42. Yazar: sevinc1 |
![]() Xəbər verdiyimiz kimi, noyabrın 24-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb. Partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. aia.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub. Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar. 1 nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib. Qeyd edək ki, dünən Əhməd Rəcəbli küçəsində obyektdə partlayış verib. aia.az Geri dön |