Mobil versiya
Deputat: "Sahibkarlar yeni sadələşdirilmiş vergi limitinin hibrid dövriyyəyə də tətbiqini istəyir"
Tarix: 21-11-2025 | Saat: 12:45
Bölmə:Gündəm / İqtisadiyyat | çapa göndər

Deputat: "Sahibkarlar yeni sadələşdirilmiş vergi limitinin hibrid dövriyyəyə də tətbiqini istəyir"

Azərbaycanda sahibkarlar sadələşdirilmiş vergi ödəyiciləri üçün müəyyən olunmuş limitin hibrid dövriyyəyə də tətbiq olunması təklif edirlər.

Bunu deputat Azər Badamov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin I oxunuşda müzakirəsində bildirib.

"Keçən ilin büdcə müzakirələri zamanı sadələşdirilmiş vergi ödəyiciləri üçün müəyyən olunmuş limitin artırılması ilə bağlı təkliflə çıxış etmişdik. Təklif olunan dəyişikliklərdə isə bu limit artırılaraq 400 min manat həddinə qaldırılıb. Amma sahibkarlardan aldığımız müraciətlərdə 400 min manat məbləğinin hibrid dövriyyəyə tətbiq olunması təklif olunur. Əgər mümkün olarsa, bu məsələni də nəzərə almağınızı xahiş edirəm, - o vurğulayıb.

Deputat vurğulayıb ki, Vergi Məcəlləsinə dəyişikliklər təkcə vergi dərəcələrinin yenilənməsi deyil, həm də iqtisadi idarəetmənin, fiskal intizamın və sahibkarlıq mühitinin yeni tələblər əsasında formalaşdırılması məqsədi daşıyır: "Bu, qeyri-neft-qaz sektorunun payının artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Kiçik və orta sahibkarlar üçün bir sıra güzəştlərin qorunması, nağdsız dövriyyənin stimullaşdırılması və vergi inzibatçılığının sadələşdirilməsi biznes mühitinin əlçatanlığını artıracaq. Gəlir vergisi üzrə güzəştlərin mərhələli şəkildə aradan qaldırılması həm işçilərə, həm də işəgötürənlərə adaptasiya imkanı yaradır. Sosial-iqtisadi sabitliyi qorumaq baxımından bu yanaşma məqbul hesab edilir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025