Mobil versiya
Bağçalara növbəyə yazılma prosesi davam edir
Tarix: 20-11-2025 | Saat: 11:33
Bölmə:Təhsil | çapa göndər

Bağçalara növbəyə yazılma prosesi davam edir

2025-2026-cı tədris ili üzrə oktyabrın 2-dən etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən aia.az-a bildirilib ki, qəbul prosesi “bq.edu.az” portalı vasitəsilə elektron formada həyata keçirilir.

Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2025