Mobil versiya
Komitə sədri: Qarabağda 4 şəhərin baş planının təsdiq olunması yekunlaşmaq üzrədir
Tarix: 17-11-2025 | Saat: 13:05
Bölmə:Gündəm | çapa göndər

Komitə sədri:

"Biz “Böyük Qayıdış” zamanı şəhərləri sıfırdan inşa etmişik. Hazırda 12 şəhərin planlaşdırılması aparılır, 8 şəhərin baş planı artıq təsdiq olunub, 4 şəhər üzrə işlər isə yekunlaşmaq üzrədir".

aia.az APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev deyib.

O bildirib ki, “Böyük Qayıdış” çərçivəsində yüzlərlə kənd planlaşdırılır və uğurla həyata keçirilir: "Hər bir yaşayış məntəqəsi tam şəkildə 20 illik dövrü əhatə edən plan əsasında hazırlanıb və bu istiqamətdə işlər aparılır. Bu isə əsas prinsipimizdir”, - o vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2025