Mobil versiya
Azərbaycanda avtomobil və traktor istehsalında geriləmə yaşanır
Tarix: 17-11-2025 | Saat: 09:17
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanda avtomobil və traktor istehsalında geriləmə yaşanır

Azərbaycanın maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-ci ilin yanvar-oktyabr aylarında 506.1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1.2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22.5% azalıb.

aia.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə 3 280 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 153 ədəd azdır.

Yanvar-oktyabr aylarında traktor istehsalı 13.7%, yük avtomobillərinin istehsalı isə 31.6% azalıb.

Hesabat dövründə 8 718 ədəd nasos istehsal olunub, onlardan 4 978 ədədi ştanqlı quyu nasoslarıdır, 3.5 ton kran, qapaq və klapan istehsal edilib. Həmçinin 427 ədəd traktor, 273 ədəd yük avtomobili istehsal olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2025