Mobil versiya
Fazil Mustafaya sui-qəsd edən şəxsin oğluna 10 il həbs cəzası verilib
Tarix: 13-11-2025 | Saat: 11:55
Bölmə:Gündəm | çapa göndər

Fazil Mustafaya sui-qəsd edən şəxsin oğluna 10 il həbs cəzası verilib

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

aia.az "Report"a istinadən verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Əbülfəz Səricanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, adıçəkilən şəxs DTX tərəfindən həbs edilib.

Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham irəli sürülüb.

O, DTX-də başlanılmış cinayət işi üzrə bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlığında təqsirləndirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2025