Konstitusiyamız bütün demokratik dəyərləri özündə ehtiva edir - Azər Badamov
Tarix: 12-11-2025 | Saat: 14:18
Bölmə:Gündəm | çapa göndər

“Əsrlər boyu Azərbaycan xalqı dövlət yaratmaq, müstəqil olmaq uğrunda ağır sınaqlarla üz-üzə qalmışdır. Bütün bu sınaqlar boyu mübarizə əzmimiz, dövlət yaratmaq arzumuz sındırılmağa çalışılsa da, qətiyyətimizdən heç zaman dönməmişik. Azərbaycan xalqı artıq laxlamış ictimai-siyasi quruluşun əksinə gedərək, 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqillik əldə olunsa da, təəssüflər olsun ki, lider qıtlığından əziyyət çəkirdik. Belə bir çətin və taleyüklü məqamda öz gələcəyini Ümummilli Lider Heydər Əliyevin idarəçiliyində görən xalqımız bu dahi şəxsiyyəti yenidən təkidli tələblə hakimiyyətə qaytardı”.
Bu sözləri mətbuata açıqlamasında millət vəkili Azər Badamov deyib.
O bildirib ki, Heydər Əliyev ilkin olaraq cəmiyyəti və dövləti idarə etmək üçün Konstitusiyanın qəbul olunmasını zəruri bilərək, məhz şəxsi rəhbərliyi altında Azərbaycan Konstitusiyasının işlənib hazırlanması istiqamətində təxirəsalınmaz işlərə başladı:
“Nəticə etibarilə, 1995-ci ilin 12 noyabr tarixində müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu ki, məhz bu Konstitusiya yenidən formalaşdırılan dövlət idarəçiliyində əsas sənəd, hüquqi baza oldu. Azərbaycan Konstitusiyası bütün demokratik dəyərləri özündə ehtiva edir, bütün xalqların sülh və rifah içində birgəyaşayışına əsas yaradır.
Qürurverici məqam odur ki, bu gün Konstitusiya bayramı ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş Azərbaycanda qeyd edilir. Belə bir tarixi reallığı və şəraiti nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan etdi ki, bu addımın özü də Azərbaycanın hüquqi dövlət idarəçiliyinə sadiqliyindən xəbər verir. Bu addım zəfərimizin daha da möhkəmləndirilməsinə töhfə verən addım oldu”.
Cavidan Mirzəzadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər