Mobil versiya
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir?
Tarix: 11-11-2025 | Saat: 08:47
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir?

Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Ramiz Mehdiyev bayram tətili günlərində vəkilləri ilə görüşlərini intensivləşdirib.

aia.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu da qeyri-iş günlərində istintaq hərəkətlərinin aparılmaması ilə bağlıdır.

Dövlət qurumları bayram günlərində fəaliyyət göstərmədiyi üçün müstəntiqlər Ramiz Mehdiyevlə dindirmələr aparmırlar. Təqsirləndirilən şəxs olan akademik fasilədən istifadə edərək, vəkilləri ilə tez-tez və uzunmüddətli görüşlər keçirir.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2025