Mobil versiya
Məktəbəhazırlıq təhsilinə ayrılacaq vəsait açıqlandı
Tarix: 04-11-2025 | Saat: 12:26
Bölmə:Təhsil | çapa göndər

Məktəbəhazırlıq təhsilinə ayrılacaq vəsait açıqlandı

Müvafiq tədris illərində 5 yaşlı 87,0 min nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması nəzərdə tutulub.

aia.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, məktəbəhazırlıq təhsili ilə bağlı xərclərə 37,4 milyon manat ayrılması proqnozlaşdırılıb.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025