SOCAR-dan "Ai-92" və "Ai-95" markalı benzinlərlə bağlı AÇIQLAMA
Tarix: 04-11-2025 | Saat: 12:16
Bölmə:İqtisadiyyat | çapa göndər

2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-92" və "Ai-95" markalı benzin istehsalı davam etdiriləcək.
Bu barədə aia.az-ın sorğusuna cavab olaraq bəzi media resurslarında gələn ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-95" markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib.
Məlumatda deyilir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına ("Avro-5") uyğun "Ai-92" və "Ai-95" markalı benzin istehsalı həyata keçirilir.
Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2025
16-11-2025
15-11-2025