Mobil versiya
Aydın Talıbov "Cahan Şirkətlər Qrupu"nun Naxçıvanda keçirilən yubiley tədbirində iştirak edib -Foto
Tarix: 29-10-2025 | Saat: 11:38
Bölmə:Gündəm | çapa göndər

Aydın Talıbov "Cahan Şirkətlər Qrupu"nun Naxçıvanda keçirilən yubiley tədbirində iştirak edib

Naxçıvanda “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, bir sıra yerli və xarici şirkətlərin rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi qurumun ötən 30 il ərzində keçdiyi inkişaf yolundan danışaraq qeyd edib ki, Cahan Şirkətlər Qrupu bu illər ərzində böyüyərək Naxçıvan iqtisadiyyatının mühüm tərkib hissəsinə çevrilib.

Şirkətin çoxsaylı tərəfdaşları arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış qurumlar yer alır. Onlardan biri olan Veysəloğlu Şirkətlər Qrupu yubiley tədbirində Qrupun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun iştirakı ilə təmsil olunub.

Veysəloğlu Şirkətlər Qrupu olaraq, Cahan Şirkətlər Qrupunu bu əlamətdar yubiley münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara qarşıdakı illərdə uğurlu fəaliyyət və davamlı inkişaf arzulayırıq.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2025