Mobil versiya
Fəzail Ağamalının partiyasında gərginliyə nikahdankənar övladı səbəb olub? - Oğlundan açıqlama
Tarix: 28-10-2025 | Saat: 16:02
Bölmə:Manşet / Gündəm | çapa göndər

Fəzail Ağamalının partiyasında gərginliyə nikahdankənar övladı səbəb olub? -

Məlum olduğu kimi, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilən qurultayında qalmaqal yaşanıb. F.Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F.Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.

Bu gün mətbuatda Ağamalı ailəsi ilə bağlı daha bir məlumat yayılıb. Belə ki, partiyadakı gərginliyə səbəb kimi Fəzail Ağamalının nikahdankənar oğlu İlqar Ağamalıyevin səbəb kimi göstərilib.

Mövzu ilə bağlı Fəzail Ağamalının oğlu Elçin Ağamalı "Unikal"a açıqlama verib:

"İlqar hansı formada bu gərginliyə səbəb ola bilər ki? Bu ssenariləri kimin qurduğunu bilmirəm. Ağlagəlməz şeylər yazırlar. Partiyada baş verənlərin İlqarla əlaqəsi yoxdur", - deyə o qeyd edib.

E.Ağamalı İlqar Ağamalıyevlə münasibətlərinin olub-olmadığına dair sualımıza cavab verməkdən imtina edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-10-2025