Mobil versiya
Azərbaycan və Qazaxıstan arasında rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub -Foto
Tarix: 21-10-2025 | Saat: 11:34
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan və Qazaxıstan arasında rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşüb. Görüşlər zamanı innovasiya, rəqəmsallaşma və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.

aia.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Astana Hub” İnnovasiya mərkəzinin fəaliyyəti ilə tanış olub. Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Tərəflər rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Nazir Rəşad Nəbiyevin Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə görüşündə isə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2025