“Peysər” sözünə görə qətl törədən gəncin şikayətinə baxılır - FOTOLAR
Tarix: 26-09-2015 | Saat: 12:30
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər
Rəşad adlı oğlan Məhəmmədəlini obyektin arxasına çağıraraq söyüb.
Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Məhəmmədəli İmaməliyevin (1997-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Bakı ş. Baş Polis İdarəsinin (BPİ) ötən il dekabrın 16-da yaydığı məlumata əsasən BPİ Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayın 15-də, A.Şərifzadə küçəsində Bakı ş. sakini Rəşad Məcidzadəni (1994-cü il təv.) qətlə yetirən Məhəmmədəli İmaməliyev tutulub.
Məhkəmə prosesində Məhəmmədəli İmaməliyev elan olunmuş ittiham üzrə özünü təqsirli hesab edib.
O, ifadəsində Əli Bədəlov soyadlı şəxslə dönərxanada işlədiklərini bildirib.
Günlərin birində aralarında xırda bir söhbətə görə mübahisə olub, ertəsi gün isə Əli işdən sonra dostlarını dönərxananın qabağına çağıraraq, onunla söz-söhbətə aydınlıq gətirmək istəyib.
Rəşad adlı oğlan Məhəmmədəlini obyektin arxasına çağıraraq söyüb və bədən xəsarətləri yetirib. O, evə qayıdaraq hadisəni atasına danışıb, sonuncu da bir daha ora getməməsini tapşırıb.
Səhərisi gündən də İmaməliyev işə getməyib. O vaxtdan Əli ilə bir neçə dəfə məhəllədə rastlaşsa da salamlaşmayıb, Rəşadı isə cəmi bir dəfə görüb.
Dekabrın 15-də Əli ilə təsadüfən həyətdə üz-üzə gəlib, sonuncu Məhəmmədəlini kənara çəkib, nəyə görə arxasınca danışdığını soruşduqda, o, heç kimin dalınca danışmadığını bildirib.
Bununla yanaşı Bədəlov Rəşadın onu vaxtı ilə ağlatdığını, zəng edib onu çağıracağını, sonuncunun üzünə duracağını bildirib.
Yanlarında olan məhəllə uşaqları onlara barışmağı təklif etsələr də, Əli zəng vurub Rəşadı çağırb. Bunu eşidən Məhəmmədəli Rəşadın əvvəllər də onu döydüyünə görə, qorxduğu üçün evə gedib atasını xəbərdar etmək istəyib, lakin sonuncu işdən qayıtmayıb.
Bu arada qapılarını döyən Əli “aşağı düşməyən peysərdir” deyib.
Bu sözlərdən hiddətlənən İmaməliyev anasına heç nə demədən aşağı düşüb, Rəşaddan qorxduğu üçün evdən mətbəx bıçağı götürüb. Məcidzadə hamının yanında söyüş söyərək, onu ağlatdığını deyib və sifətinə sillə atıb.
Buna görə Məhəmmədəli şalvarının belində gizlətdiyi bıçağı çıxararaq Rəşada bir zərbə endirib və dərhal evə qalxıb qayıdıb, anasına bıçaqla adam vurduğunu deyib.
5-10 dəqiqədən sonra işdən atası qayıtdıqda, hadisəni ona da danışıb. Səhərisi gün atasi ilə 29-cu polis bölməsinə gedib, hadisəni olduğu kimi danışıb və təslim olub. Təqsirləndirilən şəxs qeyd edib ki, məqsədi özünü müdafiə etmək olub, onu vurduğuna görə isə peşmandır.
Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşar Məcidov bildirib ki, oğlu Rəşad ayın 15-də bərbərə getmək üçün ondan pul alıb, evdən çıxıb. Saat 21 radələrində anası Rəşadın mobil telefonuna zəng vursa da, cavab verən olmayıb.
Təxminən bir saatdan sonra polisdən evə zəng vurub, onu polis bölməsinə çağırıblar, ora gələndə isə ona oğlunun öldürüldüyü məlum olub. O, məhkəmədən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan qaydada cəza təyin edilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmmədəli İmaməliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Oxu.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024