Mobil versiya
"Qəbələ" 6400, "Qarabağ" isə 2400 manat cərimə olundu
Tarix: 21-02-2017 | Saat: 16:55
Bölmə:İdman | çapa göndər

"Qəbələ" 6400, "Qarabağ" isə 2400 manat cərimə olundu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 19-cu turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Fevralın 18-də Premyer Liqanın XIX turunun “İnter” – “Zirə” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində “Zirə” klubunun 1 №-li futbolçusu Anar Nəzirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Fevralın 19-da Premyer Liqanın XIX turunun “Sumqayıt” – AZAL matçının birinci hissəsi bitdikdən sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunub.

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.

“Qəbələ” – “Qarabağ” matçı ilə bağlı isə İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

• “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunur.
• Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunur.
• “Qəbələ” klubunun azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunur

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024