`Mehriban Əliyeva çox böyük işlər görüb` - Prezident
Tarix: 21-02-2017 | Saat: 12:59
Bölmə:Gündəm / Manşet | çapa göndər
"Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.
Ölkə başçısı bildirib ki, Mehriban Əliyeva YAP sədrinin müavinidir: “Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri 700 minə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məslicinin deputatıdır. Deputat kimi çox böyük işlər görüb. Təmdil etdiyi dairənin sosial-iqtisadi problemlərinini həlli işində çox böyük addımlar atıb, seçicilərlə daim təmasdadır və onun depuatat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır”.
Dövlət başçısı əlavə edib ki, millət vəkili kimi Mehriban xanım Əliyevanın çox geniş beynəlxalq fəaliyyəti var: “Bu fəaliyyət nəticəsində qazandığımız dostların sayı artıb. 2004-ci ildən Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, hesab edirəm ki, regionun nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox layihələrə və proqramlara strat verilib. Bunların arasında xüsusən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı qeyd edilməldir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə 3 mindən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib. Digər layihələr də ölkəmizin hərtərəfli inkişafına xidmət göstərib
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ