Mobil versiya
Qusarda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib -Fotolar
Tarix: 06-10-2025 | Saat: 16:37
Bölmə:Gündəm | çapa göndər

Qusarda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və “Servye Azərbaycan” MMC-nin dəstəyi ilə şəhid ailələri və qazilər üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında keçirilən tibbi müayinə aksiyaları davam edir.

Növbəti aksiya 4-5 oktyabr tarixlərində Qusar rayonunda gerçəkləşib. Bununla əlaqədar olaraq, YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirov və İnstitutun aparıcı kardioloqları, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov və rayon ictimaiyyətinin nümayəndələri Qusar rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra rayonun Şəhidlər xiyabanında şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Qusar Rayon Mərkəzi Xəstəxanasında keçirilən və iki gün davam edən aksiya çərçivəsində şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları üçün rəngli-doppler exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji, həmçinin qarın boşluğunun ultrasəs müayinələri aparılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə indiyə qədər Saatlı, Sabirabad, Kürdəmir, Quba, İsmayıllı rayonları, Lənkəran və Gəncə şəhərlərində bu qəbildən olan aksiyalar keçirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-10-2025