Mobil versiya
Bakıda bu məktəblər birləşdirildi - RƏSMİ
Tarix: 01-10-2025 | Saat: 18:00
Bölmə:Təhsil | çapa göndər

Bakıda bu məktəblər birləşdirildi -

Bakı şəhərində yerləşən iki məktəb birləşdirilib.

aia.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki,Bakı şəhəri 25 nömrəli tam orta ümumtəhsil məktəbinin Humanitar fənlər təmayüllü məktəb-liseylə birləşdirilməsi tədrisin daha səmərəli təşkili, idarəetmənin və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.

Birləşdirilmə zamanı təhsilalanların və təhsilverənlərin mənafeyinin qorunması, həmçinin öncül təcrübənin tətbiqi diqqət mərkəzində saxlanılan əsas amillərdəndir. Proses çərçivəsində heç bir ixtisar və məhdudlaşdırma nəzərdə tutulmur.

Yeni dərs ili ərəfəsində məktəbin kollektivi və valideynlərlə görüşlərdə bütün bu məqamlar və qanunauyğun proseslər bir daha diqqətə çatdırılıb. Görüş iştirakçılarının mütləq əksəriyyəti yeniliyi razılıqla qarşılayıb, aparılan islahatları müsbət dəyərləndirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2025