Zəfər Sərkərdəsi İlham Əliyevin qüdrətli diplomatik zirvəsi.
Tarix: 26-09-2025 | Saat: 11:22
Bölmə:Siyasət | çapa göndər

2025-ci il 8 avqust tarixi Qafqazın tarixini yenidən yazdı.Vaşinqtonun qəlbində, dünya diplomatiyasının ən ali məkanında – Ağ Evdə baş tutan bu səfər yalnız bir protokol tədbiri deyildi. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, qlobal siyasi çəkisinin və ədalət mübarizəsinin zəfər yürüşü idi. ABŞ Prezidenti Donald Trampla keçirilən tarixi görüş, uzun illərin sınaqlarından, çətin mübarizələrindən keçmiş bir xalqın liderinin qürur anı idi. Ağ Ev salonlarının işığında İlham Əliyevin əzəmətli duruşu, qətiyyətli baxışları, dərin mənalı sözləri təkcə oradakı iştirakçılara deyil, bütün dünyaya mesaj göndərirdi: Azərbaycan qalibdir, Azərbaycan güclüdür, Azərbaycan gələcəyini özü müəyyənləşdirir.
İllərdir davam edən ədalətsiz bir qərarın – ABŞ Konqresinin qəbul etdiyi və Azərbaycanın dövlət maraqlarına zərbə vuran Section 907 məhdudiyyətinin – bu tarixi gündə ləğv olunması əsl diplomatik zəfər idi. Bu, təkcə hüquqi bir dəyişiklik deyildi, bu, haqqın bərpası, 33 illik ədalətsizliyə qarşı qazanılan böyük qələbə idi. Prezident İlham Əliyev bu anı dəyərləndirərkən bildirdi ki, bu addım Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, prinsipial mövqeyinin və sarsılmaz haqlı mövqeyinin nəticəsidir. Bu qərar ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu göstərdi. Donald Tramp isə İlham Əliyevi “güclü lider, etibarlı tərəfdaş” kimi səciyyələndirərək, onun bölgədə sülh və sabitlik naminə göstərdiyi iradəni yüksək qiymətləndirdi.
Tarixi günün ən mühüm hadisələrindən biri isə Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açan sülh sazişinin ilkin mərhələsinin imzalanması oldu. Ağ Evdə, ABŞ Prezidentinin vasitəçiliyi ilə, İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan qarşı-qarşıya gəldi. Lakin bu qarşıdurma illər boyu davam edən düşmənçiliyin deyil, yeni bir səhifənin – sülh səhifəsinin başlanğıcı idi. İmzalanan sənəd bölgədə uzunmüddətli sabitliyin təməlini qoyur, yeni əməkdaşlıq yolları açırdı. Ən mühüm bəndlərdən biri “Trump Route for International Peace and Prosperity” – “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsi idi. Bu strateji nəqliyyat və ticarət dəhlizi Cənubi Ermənistan üzərindən Azərbaycanı Naxçıvanla birləşdirəcək, regionun iqtisadi, enerji və logistik xəritəsini tamamilə dəyişdirəcəkdi. İlham Əliyev bu layihəni “yeni əsrin İpək Yolu” adlandıraraq, onun təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün rifah mənbəyi olacağını vurğuladı.
Ağ Evdəki danışıqlar zamanı İlham Əliyevin sözləri təkcə diplomatik protokolun tələbləri ilə məhdudlaşmadı. Onun nitqi həm qətiyyətin, həm uzaqgörənliyin, həm də sarsılmaz dövlətçilik iradəsinin təntənəsi idi. O, dünyaya bir daha xatırlatdı ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, indi isə bölgəyə sülh və inkişaf gətirmək əzmindədir. Paşinyan isə Azərbaycanın qətiyyətli mövqeyini qəbul edərək, sülh prosesində əməkdaşlığa hazır olduğunu bəyan etdi. Bu, diplomatiyanın, sağlam siyasi iradənin və tarixi zərurətin birgə nəticəsi idi.
Bütün bu hadisələr fonunda Section 907-nin ləğvi xüsusi rəmzi məna daşıyırdı. Bu, Azərbaycan xalqının iradəsinə qarşı illərlə davam etmiş siyasi ədalətsizliyə son qoyulması idi. İlham Əliyev bu qərarı “haqqın gec də olsa yerini tapması” kimi qiymətləndirdi. Onun sözlərinə görə, bu dəyişiklik təkcə siyasi yox, həm də mənəvi qələbədir. Çünki Azərbaycan artıq təkcə regional deyil, qlobal siyasətdə də söz sahibidir. ABŞ-ın belə bir addımı atması Azərbaycanın strateji əhəmiyyətinin, iqtisadi və siyasi gücünün, həmçinin beynəlxalq nüfuzunun təsdiqi idi.
Səfər çərçivəsində keçirilən ikitərəfli görüşlər, imzalanan razılaşmalar və verilən bəyanatlar bir daha göstərdi ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız hərbi zəfərlər qazanmır, həm də diplomatik meydanda sözünü deyir. Onun siyasəti milli maraqlara əsaslanır, amma eyni zamanda regionun və dünyanın ümumi rifahına xidmət edir. Bu səfər həm də Azərbaycanın gələcək onilliklərdə hansı istiqamətdə irəliləyəcəyinin bariz nümunəsi idi – güclü iqtisadiyyat, etibarlı tərəfdaşlıq əlaqələri, davamlı sülh və inkişaf.
Tarixi səfərin sonunda İlham Əliyevin üzündəki təmkinli təbəssüm çox şey deyirdi. Bu, bir liderin, bir sərkərdənin, bir dövlət başçısının zəfər təbəssümü idi. O, Ağ Evdən çıxarkən arxada qoyduğu sənədlər, əldə etdiyi razılaşmalar və qazandığı siyasi qələbələr Azərbaycanın gələcək tarixində qürurla xatırlanacaq. Və dünya bir daha gördü ki, Azərbaycanı qalibiyyətə aparan yolun önündə hər zaman bir ad olacaq – İlham Heydər oğlu Əliyev.
Hazırladı: Qaradağ rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Davrinbəyova Nuranə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər