Mobil versiya
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Tarix: 25-09-2025 | Saat: 11:18
Bölmə:Gündəm | çapa göndər

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

Sentyabrın 29-dan başlayaraq artan sərnişin tələbatını qarşılamaq üçün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

aia.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.

"Bundan əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2025